Bank Of Baku

Gürcüstanın dövlət sərhədindən keçmə prosedurlarına nəzarət gücləndirilib

Gürcüstanın dövlət sərhədindən keçmə prosedurlarına nəzarət gücləndirilib
# 04 iyul 2017 21:29 (UTC +04:00)

Gürcüstanın  dövlət sərhədindən xarici ölkə vətəndaşlarının keçmə prosedurlarına Avropa İttifaqı ilə viza rejiminin aradan qaldırılmasından sonra əsaslı surətdə nəzarət olunur.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

“Gürcüstana gələn turist və digər ziyarətçilərin artması ilə yanaşı xarici vətəndaşlara beynəlxalq standartlar və qanunla nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq ölkəyə girişə qadağa olunması halları baş verir”, - bəyanatda qeyd olunub.

 

DİN Gürcüstanın dövlət sərhədini keçərkən sərhədçinin xarici ölkə vətəndaşına Gürcüstana daxil olmağa icazə verməmək hüququnun olduğunu qeyd edib.

 

“Bu hal o zaman baş verir ki, həmin vətəndaş  müsahibə zamanı qətiyyətli cavab vermir və ya səlahiyyətli şəxsə səyahətin məqsədləri barədə yanlış məlumat verir”, - bəyanatda deyilir.

DİN bəyan edib ki, Gürcüstanın sərhəd-buraxılış məntəqələrində xarici ölkə vətəndaşlarının yoxlanması zamanı dünyada qəbul edilmiş metodlar tətbiq olunur.

Cəmilə Babayeva 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR