Almaniyanın Hamburq şəhərində keçirilən etiraz aksiyaları zamanı 83 nəfər saxlanılıb, 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, bu barədə Hamburq polisinin “Tvitter”dəki səhifəsində bildirilir.
“Hazırda saxlanılanların sayı 83, həbs edilənlərin isə 19 nəfər təşkil edir”, məlumatda deyilir.
Bundan əvvəl Hamburqda iğtişaşlar nəticəsində 196 polis əməkdaşının xəsarət alması barədə məlumat yayılıb.
Hamburqda G-20 sammitinin keçirilməsinə etiraz edənlər “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə aksiyalar keçirir.