Almaniyanın Hamburq şəhərində iğtişaşlar nəticəsində xəsarət alan polislərin sayı 196-ya çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin məlumatında bildirilir.
“Hamburqda etirazçılarla toqquşmalar nəticəsində xəsarət alan polis əməkdaşlarının sayı 196-ya çatıb”, məlumatda deyilir.
Qeyd edək ki, bu gün Hamburqda G-20 sammitinin keçirilməsinə etiraz edənlər “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə aksiyalar keçirib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib. Hazırda şəhərdə iğtişaşlar davam etməkdədir.