Bank Of Baku

Türkiyə XİN vətəndaşlarını Rusiyaya səfərlərini təxirə salmağa çağırıb

Türkiyə XİN vətəndaşlarını Rusiyaya səfərlərini təxirə salmağa çağırıb
# 28 noyabr 2015 11:53 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib.

 

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə XİN bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarına çətinlik yaradılır: “Rusiyaya gedən və ya orada yaşayan Türkiyə vətəndaşları çətinliklə üzləşirlər. Bu durum aydınlaşana qədər vətəndaşlarımızın bu ölkəyə təcili olmayan səfərlərini təxirə salmaları tövsiyə edilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR