Bank Of Baku

İnterpolun axtardığı şəxs Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb

İnterpolun axtardığı şəxs Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb
# 04 mart 2017 08:36 (UTC +04:00)

İnterpol Tiflisdəki bürosu və Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin Kvemo Kartli üzrə İdarəsinin həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Qırmızı Körpü sərhəd-nəzarət keçid məntəqəsində İnterpolun Türkiyə Milli Bürosunun axtarışa verdiyi 1967-ci il təvəllüdlü H.G. adlı şəxs saxlanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Saxlanılan şəxsə qarşı Türkiyə Cinayət Məcəlləsinin 109/1, 105/1, 53, 43, 63 maddələri ilə (cinsi zorakılıq) cinayət işi qaldırılıb. Onun Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR