Bank Of Baku

İranın xarici işlər naziri Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
# 02 sentyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey ilə görüşüb.

 

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Brüsseldə baş tutan görüş zamanı tərəflər terror və radikalizm problemləri, regional və beynəlxalq məsələlər və İranın nüvə proqramı ətrafında fikir mübadiləsi aparıblar.

 

İranlı nazir bütün tərəflərin anlaşmalara əməl etməsinin vacibliyini qeyd edib: “Müzakirə tərəfləri həssaslıqla anlaşmalara əməl etməli və əldə olunan razılaşmaların pozulmasına mane olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR