Bakı. Zümrüd Paşayeva – APA. İsveçdə iqtidarda olan siyasi qüvvə parlament seçkilərində məğlub olub.
APA - nın “Euronews”a istinadən verdiyi xəbərə görə, seçkilərdə Sosial Demokrat Partiyası (31.1 faiz) qalib gəlib.
Solçuların blokunda yer alan İsveç Sol Partiyası 5,7 faiz, Çevrə Partiyası 6.8 faiz səs toplayıb.
8 ildir hakimiyyətdə olan sağ blokda yer alan Mötədillər Partiyası isə seçicilərin səslərinin 23,2 faizini qazanıb. İqtidar partiyası ilə eyni blokda yer alan Liberal Partiyası 5,4 faiz, Mərkəz Partiyası 6,1 faiz, Xristian Demokrat Partiyası isə 4,6 faiz toplayıb.
Nəticələrə əsasən, solçular 160 deputat mandatına sahib olublar. Müxalifət isə 141 yer qazanıb.