Bank Of Baku

Rusiya XİN rəhbəri: Türkiyə-Suriya sərhədini yalnız səyləri birləşdirməklə bağlamaq mümkündür

Rusiya XİN rəhbəri: Türkiyə-Suriya sərhədini yalnız səyləri birləşdirməklə bağlamaq mümkündür
# 04 dekabr 2015 01:17 (UTC +04:00)

Bakı-APA.  Suriya üzərində havada və yerdə fəaliyyət göstərənlərin hamısının səylərini  birləşdirməklə Türkiyə-Suriya sərhədini bağlamaq mümkündür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri ötən gün Belqradda Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.   

 

“Təbii ki, sərhədlərin bağlanılmasını yalnız kompleks şəkildə və havadan dəstəklənməklə yerdə fəaliyyət göstərənlərin hamısının səylərini birləşdirməklə həyata keçirmək  mümkündür. Buna görə də, Türkiyə-Suriya sərhədinin bağlanmasının  konkret hansı şəkildə olacağını hələlik demək çətindir.  Lakin fakt odur ki, bu məsələ artıq ən əsas, mərkəzi problem kimi qəbul edilib”, deyə Lavrov qeyd edib.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR