Bakı-APA. Macarıstan polisi Budapeşt yolunda terrorçuluqda şübhəli bilinən dörd nəfəri saxlayıb, onların avtomobilində partladıcı maddələr aşkarlanıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Macarıstanın terrrorçuluqla mübarizə qurumunun rəisi Yanoş Xaydunun sözlərinə görə, araşdırmalar zamanı partladıcı qurğuların istehsalı üzrə gizli laboratoriya aşkarlanıb.
O əlavə edib ki, digər avtomobildə avtomat silahlar, səs boğucuları və hərbi sursatlar aşkarlanıb, bununla əlaqədar daha iki nəfər saxlanılıb.
Əməliyyatın təfərrüatları açıqlanmır.