Bank Of Baku

Martin Şultz israfçılıqla ittiham olunur

Martin Şultz israfçılıqla ittiham olunur
# 07 dekabr 2015 13:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Avropa Parlamentinin prezidenti Martin Şultz  parlament üzvləri tərəfindən israfçılıqda ittiham olunur.

APA-nın “dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, bununla üzv dövlətləri daha çox maliyyə yardımı göstərməyə çağıran Martin Şultz pis nümunə olur.

Bildirilib ki, Martin Şultzun iki limuzini, iki şoferi və 33 assistenti var. Onun, həmçinin qonaqları qarşılaması və digər xidmətlər üçün nəzərdə tutulmuş iki qulluqçusu var.

“Bu, parlamentin xərclərin azaldılması xətti və fiskal siyasətlə bağlı mənfi nümunə yaradır,”-deyə parlamentarilər bildiriblər.

Parlament büdcəsini illik nəzərdən keçirən büdcə kontrol komitəsinin məruzəsində isə “Avropa Parlamenti prezidentinin ofisində bu qədər adamın çalışmasının şübhəli olduğu qeyd edilib.”

Qeyd edilir ki, 21 ildir, Avropa Parlamentinin üzvü olan Martin Şults illik 227 min avro məvacib və güzəştlər alır.

Şultzun mətbuat katiblərin biri isə onu müdafiə edərək prezidentin gərgin iş qrafiki olduğu üçün iki şoferə ehtiyacı olduğunu vurğulayıb.

Mətbuat katibi, həmçinin, Şultzun öz sələfləri ilə müayisədə daha az işçi götürdüyünü deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR