Bank Of Baku

Mövlud Çavuşoğlu: “Su-24” təyyarəsi ilə bağlı hadisəni İŞİD-ə qarşı ümumi mübarizə ilə əlaqələndirmək lazım deyil

Mövlud Çavuşoğlu: “Su-24” təyyarəsi ilə bağlı hadisəni İŞİD-ə qarşı ümumi mübarizə ilə əlaqələndirmək lazım deyil
# 03 dekabr 2015 18:17 (UTC +04:00)

Bakı-APA. Türkiyənin hava məkanını pozmuş  “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.

 

“Mən qeyd etmək istərdim ki, noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir”, deyə Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki,  ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində   baş tutan Çavuşoğlu-Lavrov görüşü Rusiyanın “Su-24” təyyarəsi vurulandan (noyabrın 24-dən) bu vaxtadək  rəsmi səviyyədə baş tutmuş ilk təmasdır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR