Bank Of Baku

NATO-nun döyüş hazırlığının yüksəldilməsinə dair fəaliyyət planı qəbul olunub

NATO-nun döyüş hazırlığının yüksəldilməsinə dair fəaliyyət planı qəbul olunub
# 05 sentyabr 2014 14:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. NATO-nun Uelsdə keçirilən sammitində alyansın döyüş hazırlığının yüksəldilməsinə dair fəaliyyət planı qəbul olunub.

 

APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

 

Onun sözlərinə görə,  NATO qərargahı Polşada olacaq çevik qüvvələri və Şərqi Avropada öncül dəstələri yaratmaq qərarına gəlib: “Bununla yanaşı, alyans Şərqi Avropadakı mövcudluğunu rotasiya sistemi ilə təmin edəcək”.

 

Rasmussen əlavə edib ki, NATO tezliklə müntəzəm xarakterli qəfil təlimlərə başlayacaq.

 

Alyansın baş katibi Rusiya - NATO münasibətlərinə də toxunub. O qeyd edib ki, 1997-ci ildə imzalanmış saziş qüvvəsində qalır: “Onun icrasına davam edirik. Lakin Rusiya bu sazişin prinsiplərini kobud şəkildə pozub”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR