Bank Of Baku

NATO-nun Uels sammitinin proqramı açıqlanıb

NATO-nun Uels sammitinin proqramı açıqlanıb
# 01 sentyabr 2014 12:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. NATO-nun sentyabrın 4-5-də Uelsin Nyuport şəhərində keçiriləcək zirvə toplantısının proqramı açıqlanıb. APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın baş naziri Devid Kemeronun açılış nitqləri ilə başlayacaq sammitdə alyansa üzv olmayan tərəfdaş ölkələrdən də yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.

 

Tədbirə 22 üzv ölkə və 27 tərəfdaş ölkədən (İSAF proqramında iştirak edən ölkələr), BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr qatılacaq. Toplantı çərçivəsində Ukrayna prezidenti Petro Poroşenkonun çıxışı və Ukrayna məsələsinin geniş müzakirəsi gözlənilir.

 

Sentyabrın 5-də Avstraliya, Gürcüstan, İordaniya , Finlandiya və İsveçlə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR