Bank Of Baku

NATO Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər planı hazırlayacaq

NATO Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər planı hazırlayacaq
# 02 dekabr 2015 03:33 (UTC +04:00)

Bakı-APA. NATO yaxın bir neçə həftə ərzində Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə  tədbirlər paketi hazırlayacaq və Alyansın cənub-şərq regionunda nəzarəti gücləndirməyi planlaşdırır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin rəsmi bəyanatında bildirilir.  

 

“NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu məsələni oktyabrda keçirilən görüşdə müzakirə ediblər və Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə gələcək tədbirlərin görülməsinə dair göstərişlər veriblər. Bu gün biz görülmüş işləri nəzərdən keçirdik, irəliləyiş var”, deyə bəyanatda bildirilir.    

 

Sənəddə Rusiyanın “Su-24” təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə bağlı heç bir xatırlatma yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR