Bank Of Baku

NATO vurulan Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu hesab edir

NATO vurulan Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu hesab edir
# 24 noyabr 2015 21:19 (UTC +04:00)

Bakı-APA. NATO Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki,  Rusiya təyyarəsinin vurulması ilə bağlı NATO-dakı digər müttəfiqlərin məlumatı Türkiyənin məlumatı ilə üst-üstə düşür.   

 

“Müttəfiqlərin təqdim etdiyi rəy Türkiyədən aldığımız məlumatla üst-üstə düşür”, deyə Yens Stoltenberq qeyd edib.

 

Qeyd edək ki, Türkiyənin xahişi ilə bu gün Brüsseldə NATO Şurasının səfirlər səviyyəsində təcili toplantısı keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR