Bank Of Baku

Parisdə Putin-Obama görüşü keçirilib

Parisdə Putin-Obama görüşü keçirilib
# 30 noyabr 2015 16:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin-Obama görüşü yarım saatdan çox çəkib.

 

Qapalı keçən görüşdə Obama Bəşər Əsədin Suriyada siyasi nizamlanma çərçivəsində hakimiyyətdən getməli olduğunu söyləyib. 
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, ölkə başçılarının görüşündə Suriya böhranının siyasi yolla nizamlanması müzakirə olunub. Peskov qeyd edib ki, ABŞ prezidenti ilə görüş bu gün səhər razılaşdırılıb. Kremlin mətbuat katibi onu da əlavə edib ki, Obama Putinə təyyarə insidenti ilə əlaqədar başsağlığı verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR