Polşanın baş naziri Donald Tusk istefa verib

Polşanın baş naziri Donald Tusk istefa verib
# 09 sentyabr 2014 22:24 (UTC +04:00)

Bakı-APA. Polşanın baş naziri Donald Tusk istefa verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

 

Bu barədə Polşa Milli Təhlükəsizlik Şurasının iclasından sonra telekanala Tusk özü bildirib.

 

Polşa prezidenti Bronislav Komorovski sentyabrın 11-də Nazirlər Kabinetinin istefasını qəbul edəcək.

 

Qeyd edək ki, Tusk Brüsseldə bir neçə gün əvvəl keçirilmiş Aİ sammitində Avropa İttifaqı Şurasının sədri seçilib. O, dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR