Bank Of Baku

Şimali İrlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb

Şimali İrlandiyada parlament seçkilərinin  nəticələri açıqlanıb
# 05 mart 2017 19:55 (UTC +04:00)

Şimali İrlandiyada keçirilmiş parlament seçkisinin nəticələri məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə Demokratik Yunionçu (DUP) partiyası qalıb gəlib.

 

Partiya 90 yerlik Assambleyada 28 mandat qazanıb. İkinci yerdə “Şin Feyn” (27 mandat), üçüncü yerdə isə Sosial Demokrat Partiyası qərarlaşıb (12).

 

DUP tarixində ilk dəfə parlamentdə çoxluq qazanıb. Qeyd edək ki, Şimali İrlandiyada vaxtından əvvəl parlament seçkiləri martın 2-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR