Bank Of Baku

Gürcüstanın daxili işlər naziri Tbilisidə etirazçılarla görüşüb - YENİLƏNİB-2

Gürcüstanın daxili işlər naziri Tbilisidə etirazçılarla görüşüb - <span style="color: red;">YENİLƏNİB-2
# 13 may 2018 22:40 (UTC +04:00)

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, G.Qaxariya həmçinin aksiya iştirakçılarına müraciət edərək onları təhqir etdikləri polis əməkdaşlarından üzr istəməyə çağırıb.

 

“Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər DİN-nin hər hansı bir nümyəndəsi siz və sizin təhlükəsizliyinizə risk yaradıbsa, onların yerinə də üzr istəyirəm”, - deyə nazir bildirib.

 

***

 

23:46

 

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya və etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri arasında keçirilmiş görüş başa çatıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq.

 

G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib.

 

***

 

22:53

 

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə gəlib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nazir cümə günü gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyanın təşkilatçıları olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüş keçirir.

 

Görüş Gürcüstan parlamentinin binasında keçirilir.

 

***

 

22:19

 

Tbilisinin mərkəzində aksiyaların davam etdiyi parlament binasının qarşısında vəziyyət gərgin olaraq qalır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışırlar. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib.

 

Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR