Bank Of Baku

Tiflisdə təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilib

Tiflisdə təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilib
# 03 dekabr 2015 06:08 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtı Tiflis şəhərində təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.  Tədbirdə beynəlxalq ictimaiyyət qarşısında duran təhlükələr və çağırışlara qarşı mübarizəyə dair müzakirələr aparılıb, terrorizm əleyhinə mübarizənin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin qeyd edilib.

 

Konfransda  tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən ABŞ, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Estoniya, Türkiyə, Yaponiya, İsrail, İtaliya, Latviya, Litva, Yunanıstan, Fransa, Ermənistan, Ukrayna və Macarıstan səfirliklərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR