Bank Of Baku

Türk Şurasının baş katibinə Krans Montana Forumunun qızıl medalı verilib

Türk Şurasının baş katibinə Krans Montana Forumunun qızıl medalı  verilib
# 09 iyul 2017 18:38 (UTC +04:00)

Türk Şurasının Baş katibi Ramil Həsənov Krans Montana Forumunun mükafatına layiq görülüb.

 

APA-nın Türkiyə müxbirinin məlumatına görə, Şuranın İstanbuldakı Baş qərargahından  daxil olan məlumatda mükafatın Krans  Montana Forumunun İspaniyanın Barcelona şəhərində keçirilən XXVIII toplantısından sonra verildiyi bildirilib.

 

Dünyanın önəmli dövlət adamlarına, siyasətçilərinə, diplomatlarına verilən qızıl medala Ramil Həsənov, Türk dilli ölkələr arasında  əlaqələrin gücləndirilməsi və dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün apardığı səmərəli işlərə görə verilib. Krans Montana qızıl medalına daha əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Makedoniya  Respublikasının prezİdenti, İSESCO baş direktoru, CİCA  icraçı direktoru və başqa şəxsiyyətlər layiq görülüblər.

 

Mükafat mərasimindən sonra Krans Montana Forumunun başqanı  Quirine təşəkkür edən Ramil Həsənov, Türk Şurasının fəaliyyəti barədə başqana ətraflı məlumat verərək iki qurum arasındakı əlaqələrin gücləndirilməsinə tərəfdar olduqlarını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR