APA-nın “İTAR-TASS”a istnadən verdiyi xəbərə görə, bu barədə Fransa DİN məlumatında bildirilir.
“Bu şəxs Tuluza və Strasburq kimi şəhərlərdə gənc fransızları cəlb edərək, onların Suriyaya göndərilməsini həyata keçirirdi”, deyə Fransa DİN rəhbəri Berner Kaznev bildirib.
Fransa xüsusi xidmət orqanlarının məlumatına görə, Suriya, İraq və Şimali Afrikada 900-dək Fransa vətəndaşı terrorçu qruplaşmaların tərkibində vuruşur və ya təlim keçir.