Bank Of Baku

Türkiyədə 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb

Türkiyədə 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb
# 15 iyul 2017 02:05 (UTC +04:00)

Türkiyədə ötən ilki çevriliş cəhdi ilə əlaqədar daha 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb.

 

APA-nın  “Resmi Gazete”yə istinadən verdiyi xəbərə görə, hökumətin qərarı ilə işdən azad edilənlərdən 2303 polis əməkdaşı, 546 hərbi qulluqçu, 302  təhsil sistemi işçisi, 3 mindən çoxu isə müxtəlif nazirliklərin işçiləridir.

 

Ümumilikdə 7348 nəfər işdən azad olunub.

 

Xatırladaq ki, 2016-cı il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR