Bank Of Baku

Türkiyədə 7 PKK üzvü məhv edilib

Türkiyədə 7 PKK üzvü məhv edilib
# 24 iyun 2017 16:35 (UTC +04:00)

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib.

 

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

 

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16" və "Kalaşnikov" markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.

 

Digər 2 terrorçu isə artilleriyanın dəqiq qərbəsi nəticəsində Həkkarinin Çuxurca rayonunda məhv edilib.

 

O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR