Bank Of Baku

Türkiyədə PKK terrorçusunun abidəsinin dağıdılması zamanı baş verən qarşıdurmada 1 nəfər ölüb - FOTO - VİDEO

Türkiyədə PKK terrorçusunun abidəsinin dağıdılması zamanı baş verən qarşıdurmada 1 nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 avqust 2014 09:18 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər məhkəmə qərarı əsasında heykəli götürmək istəyən hüquq-mühafizə orqanlarının əməkdaşlarına PKK tərəfdarları mane olmaq istəyib. Baş verən toqquşmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Əsgərlər müqavimətə baxmayaraq, heykəli postamentdən götürüblər.

 

Qeyd edək ki, Diyarbəkirin Livə rayonunun Yolaçtı kəndi ərazisində 1 il əvvəl Türkiyə ordusu ilə döyüşlərdə ölən PKK terrorçuları üçün məzarlıq düzəldilib. Dörd gün əvvəl isə həmin məzarlıqda məşhur terrorçu Mahsum Korkmaza abidə ucaldılıb. M. Korkmaz PKK-nın 1984-cü ildə həyata keçirdiyi ilk terror hücumlarının iştirakçısı olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR