Bank Of Baku

Türkiyədə silahlı şəxs polisi öldürüb, vəkili yaraladıqdan sonra intihar edib

Türkiyədə silahlı şəxs polisi öldürüb, vəkili yaraladıqdan sonra intihar edib
# 04 iyul 2017 22:43 (UTC +04:00)

Türkiyədə silahlı şəxs polis əməkdaşını öldürüb, vəkili yaraladıqdan sonra intihar edib.

 

 

APA-nın "Bursa TV"yə istinadən verdiyi məlumata görə, silahlı hücum axşam saatlarında Bursa şəhərinin Gemlik rayonunda baş verib.

 

Məlumata görə, məhkəmə qərarından narazı qalan 37 yaşlı Musa Gülər vəkilə ofisinin qarşısında tapançadan 5 dəfə atəş açıb. O, daha sonra hadisəyə müdaxilə etmək istəyən polis əməkdaşına da atəş açıb.

 

Ağır yaralanan vəkil və polis xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, polis əməkdaşı orada dünyasını dəyişib, vəkilin müalicəsi isə davam etdirilir.

 

Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Polisin zərərsizləşdirmək istədiyi M.Gülər qaça bilməyəcəyini görərək, əlindəki silahla intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR