Bakı. Rüfət Əhmədzadə - APA. ATƏT-ə sədrlik edən İsveçrə Ukraynadakı vəziyyətlə bağlı fövqəladə iclas çağırıb.
APA - nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, iclas ATƏT-in Vyanadakı mənzil-qərargahında başlayıb.
57 ölkənin nümayəndəsinin qatıldığı iclas bu ay ərzində Ukrayna ilə bağlı ATƏT-in təşkil etdiyi ikinci fövqəladə iclasdır.
Belarus Xarici İşlər Nazirliyi isə ATƏT-in Ukraynadakı böhranla bağlı yaratdığı əlaqələndirici qrupun yaxın günlərdə Minskdə toplaşacağını bəyan edib.