Bank Of Baku

NATO baş katibi: “Avropada təhlükəsizlik nizamı köhnəlib”

NATO baş katibi: “Avropada təhlükəsizlik nizamı köhnəlib”
# 26 noyabr 2015 09:17 (UTC +04:00)

Bakı - APA. NATO baş katibi Yens Stoltenberq Avropada təhlükəsizlik qaydalarının yenidən nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Avropada təhlükəsizlik nizamının artıq köhnəldiyini bildirib.

 

“Bu, yeni “soyuq müharibə” deyil, lakin bir xəbərdarlıqdır”, - deyə o vurğulayıb.

 

Y. Stoltenberq qeyd edib ki, Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə bağlı insident “səbr və diplomatiya” tələb edir: “Kortəbii şəkildə eskalasiya istiqamətində addımlamamalıyıq. Eyni zamanda Avropada hərbi fəallıqla bağlı razılaşma yenidən nəzərdən keçirilməlidir”.

 

Qeyd edək ki, noyabrın 24-də Türkiyənin F-16 təyyarəsi Rusiyaya məxsus Su-24 qırıcısını vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR