Bank Of Baku

Yens Stoltenberq: “NATO Türkiyənin hava məkanını qoruma haqqını tamamilə dəstəkləyir”

Yens Stoltenberq: “NATO Türkiyənin hava məkanını qoruma haqqını tamamilə dəstəkləyir”
# 30 noyabr 2015 12:44 (UTC +04:00)

Bakı - APA. NATO Türkiyənin hava məkanını qorumaq haqqını tamamilə dəstəkləyir.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən öncə çıxış edib.

 

Y. Stoltenberq qeyd edib ki, Suriyada SU 24 qırıcısı ilə bağlı insident Rusiya ilə eskalasiyanın qarşısının alınması üçün mexanizmlər yaradılmasının vacibliyini təsdiqləyir.

 

NATO baş katibinin sözlərinə görə, NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri dekabrın 1-2-də SU-24 təyyarəsi ilə bağlı insidenti nəzərdən keçirəcəklər.

 

Y. Stoltenberq Rusiyanı Suriyada konstruktiv rol oynamağa və ancaq İŞİD-lə mübarizə aparmağa da çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR