Bank Of Baku

XİN: Türkiyə oktyabrdan əvvəl İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilər

İsveçin xarici işlər naziri Tobias Billström

© APA | İsveçin xarici işlər naziri Tobias Billström

# 13 iyul 2023 11:33 (UTC +04:00)

İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı protokolun Türkiyə parlamentində oktyabrdan əvvəl ratifikasiya oluna biləcəyini deyib.


APA xəbər verir ki, Billström bu barədə TV4-ə bildirib.


O qeyd edib ki, Türkiyənin ratifikasiyası daha sürətli ola bilər: “Biz gözləməliyik, çünki Türkiyə parlamenti hələ də yay tətilinə çıxmayıb”.

Billströmün sözlərinə görə, onun türkiyəli həmkarı Hakan Fidan parlamentin hətta yay tətilində də açıla biləcəyini deyib.

“İstədiyiniz vaxt parlamenti çağıra bilərsinizsə, istənilən vaxt bizim ratifikasiyamızı da həyata keçirə bilərsiniz”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR