Bank Of Baku

Yeni Zelandiya terroru nəticəsində ölənlərin sayı artıb

Yeni Zelandiya terroru nəticəsində ölənlərin sayı artıb
# 03 may 2019 05:17 (UTC +04:00)

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki Əl-Nur məscidində törədilmiş terror aktı nəticəsində yaralanmış şəxslərdən biri – 46 yaşlı kişi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

ONA xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin internet səhifəsində qeyd olunub.

Türkiyə XİN-in yaydığı məlumata görə, dünyasını dəyişən şəxs Türkiyə vətəndaşı Zəkəriyə Turandır. Belə olan halda, terror hücumu nəticəsində ölənlərin sayı 51 nəfərə çatmış olub.

Qeyd edək ki, Kraystçerç terroru martın 15-də baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR