Bank Of Baku

Yunanıstanda gəmi qəzasında həlak olan miqrantlar üçün üç günlük matəm elan edilib

Yunanıstanda gəmi qəzasında həlak olan miqrantlar üçün üç günlük matəm elan edilib
# 15 iyun 2023 02:56 (UTC +04:00)

Yunanıstan hökuməti çərşənbə günü İon dənizində balıqçı qayığının batması nəticəsində azı 78 miqrantın ölümündən sonra üç günlük matəm elan edib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

“Baş vermiş faciəvi gəmi qəzasının qurbanları üçün 14 iyun çərşənbə günü saat 21:00-dan 17 iyun şənbə günü axşam saat 21:00-a qədər üç günlük milli matəm elan edib"

Qeyd edək ki, Peloponnesin Pilos şəhərindən 47 dəniz mili cənub-qərbində beynəlxalq sularda batması nəticəsində ən azı 78 miqrant boğulub. 104 nəfər xilas edilib. Telekanal Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, gəmidə ən azı 400 nəfər olub və ehtimal ki, dörd gün əvvəl Liviya Tobrukunu tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR