Yunanıstanda keçirilən parlament seçkilərində sabiq baş nazir Kiriakos Mitsotakisin mühafizəkar - “Yeni Demokratiya” partiyası mütləq çoxluqlu səs qazanıb.
APA xəbər verir ki, partiya 40,56% səs toplayaraq 300 yerlik parlamentdə 158 yer qazanıb.
Qeyd olunur ki, müxalifətdəki radikal solların koalisiyası - keçmiş baş nazir Aleksis Siprasın SİRİZA-Proqressiv Alyansı 17,84% səs və 47 mandat toplayır.
Həmçinin Ümumyunan Sosialist Hərəkatı PASOK 11,96%, Yunanıstan Kommunist Partiyası (KKE) isə 7,61% səs toplayıb.