Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, yaralananların sayı isə 85 nəfərdir.
***
08:10
Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.
O bildirib ki yaralı sayı 85 nəfərdir.
Daha əvvəl bildirilib ki, hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.
***
Saat 07:03
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.
Qeyd olunub ki, hadisə nəticəsində 85 nəfər yaralanıb
***
Saat 06:04
Yunanıstanda sərnişin ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 16-ya çatıb, 85 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.
Yerli KİV-in məlumatına görə, onlardan 270-i hadisə yerindən təxliyə edilib.
Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.
***
Saat 04:11
Yunanıstanda iki qatarın toqquşması nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb.
APA xəbər verir ki,hadisə yeli vaxtla saat 19:22də baş verib.
Relsdəm çıxan qatarlar yanmağa başlayıb.
Hadisə yerində yanğınsöndürənlər, tibb işçiləri və tibb işçiləri işləyir.
Faktla bağlı araşdırma aparılır.