Bank Of Baku

Yunanıstanda Rodos adasında meşə yanğını hotellərə çatıb, minlərlə turist təxliyə edilib - YENİLƏNİB

Yunanıstanda Rodos adasında meşə yanğını hotellərə çatıb, minlərlə turist təxliyə edilib - YENİLƏNİB
# 23 iyul 2023 10:50 (UTC +04:00)

Meşə yanğınları səbəbindən Yunanıstanın Rodos adasından minlərlə turist təxliyə olunub.

APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, iyulun 22-də Rodos adasında 2 kənddən və bir neçə oteldən ümumilikdə 8 min nəfər təxliyə olunub.

Xilasedicilər 1500 nəfəri cənub sahilindəki çimərlikdən qayıqlarla təxliyə edib.

Xilasedicilər yaxın günlərdə təxliyə edilənlərin sayının arta biləcəyini qeyd ediblər. Adada tüstü səbəbindən nəfəs almaq çətinləşib, artıq 8 nəfər tənəffüs çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Güclü kələk, quraqlıq və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarını nəzarətə almasına mane olur. Dünən Yunanıstanın materik hissəsində temperatur 44 dərəcəyə çatıb.

Qeyd edək ki, Rodos adasında təkcə Almaniyadan 22 min turist var.

***

22 iyul saat 23.04

Yunanıstanda meşə yanğınları Rodos adasında üç kiçik hotelə çatıb.

APA xəbər verir ki, bu barədə ERT-1 telekanalı məlumat yayıb.

Bütün turistlər əvvəlcədən təxliyə edilib, ölən və yaralananlar barədə məlumat yoxdur.

Yanğın təhlükəsi altında olan bir sıra kəndlərin sakinləri də təxliyə edilib.

Ümumilikdə minə yaxın insan təhlükəsiz əraziyə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR