Yunanıstandakı meşə yanğınlarında son sutkada 93 yeni ocaq əmələ gəlib.
APA xəbər verir ki, bu barədə Yunanıstan FHN Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Yannis Artopios brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, son sutka ərzində isti hava və güclü külək səbəbindən 90-dan çox yeni yanğın ocaqları yaranıb, onların əksəriyyəti dərhal söndürülüb.
Ərazidə 62 texnika və 164 yanğınsöndürən digər ocaqların söndürülməsi üçün çalışır.
Vəziyyət gərgin olaraq qalır.