Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İsrailə səfər edib.
APA xəbər verir ki, bu barədə məlumat Yunanıstan Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yer alıb.
Mitsotakis Yerusəlimdə İsrail hökumətinin başçısı Benyamin Netanyahu ilə görüş keçirəcək.
Yunanıstanın hökumət rəhbəri günün ikinci yarısında Afinaya qayıdacaq.