Yunanıstanın qərbindəki Elis bölgəsində meşə yanğını başlayıb.
APA "Ekathimerini"yə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dörd kəndin sakini təxliyə edilib.
Paleovarvasayna, Karutes, Strefi və Smela kəndlərinin sakinləri Olimpiyaya kəndinə doğru yönləndirilib.
Yunanıstan yanğınsöndürənlərinin son 24 saat ərzində 51 yeni meşə yanğını ilə mübarizə apardığı və bununla da ölkədə aktiv meşə yanğınlarının ümumi sayının 96-ya çatdığı bildirilir.
Yanğınsöndürmə idarəsindən bildirilib ki, yeni yanğınların əksəriyyəti ilkin mərhələdə dərhal söndürülüb.
Xatırladaq ki, ölkədə son 10 gündür meşə yanğınları davam edir.
Yunanıstanın müdafiə naziri Noris Mitarakis geniş yayılmış meşə yanğınları fonunda cümə günü istefa ərizəsini Baş nazir Kiriakos Mitsotakisə təqdim edib.