Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ilə telefon danışığı aparıb.
APA xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının "Telegram" kanalı məlumat yayıb.
Zalujnı Milliyə cəbhədəki vəziyyət barədə məlumat verib.
Tərəflər Ukraynaya hərbi yardımın, xüsusən də texnika və sursatların tədarükü barədə də danışıblar.
O, güclü dəstəyə və dialoqa görə general Milləyə və bütün ABŞ xalqına təşəkkür edib.