Bank Of Baku

Zalujnı Mark Milliyə cəbhədəki vəziyyətlə bağlı məlumat verib

Zalujnı Mark Milliyə cəbhədəki vəziyyətlə bağlı məlumat verib
# 13 iyun 2023 23:13 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milliyə cəbhədəki vəziyyət barədə məlumat verib və ona silah təchizatı ilə bağlı müraciət edib.

APA xəbər verir ki, bu barədə Zalujnı Telegram kanalında yazıb.

"Mənim ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli ilə telefon danışığım olub. O, cəbhədəki vəziyyətlə maraqlanıb", - Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib.

O əlavə edib ki, Ukraynanın şərqində və cənubunda “müdafiə və hücum xarakterli ağır döyüşlər davam edir” və Ukrayna Silahlı Qüvvələri “planlarını həyata keçirir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR