Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə telefonla danışıb, ona ölkəyə verdiyi dəstəyə görə təşəkkür edib və Ukrayna Silahlı Qüvvələrinin silaha ehtiyacı mövzusuna toxunub.
APA-nın xəbərinə görə, bu barədə Zelenski özünün Telegram kanalında məlumat verib.
“Mən hərbi əməliyyatların gedişi və Ukraynanın zirehli texnikalara, uzaq mənzilli silahlara olan təcili ehtiyaclarından danışdım” prezident bildirib.