Bank Of Baku

Zelenski: HHM-lərin birgə istehsalına dair tərəfdaşlarla işləyirik

Zelenski: HHM-lərin birgə istehsalına dair tərəfdaşlarla işləyirik
# 24 oktyabr 2023 15:17 (UTC +04:00)

"Ukrayna səmasını qorumaq üçün biz tərəfdaşlarımızla hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına dair müqavilələr üzərində işləyirik".
APA "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski altıncı Ukrayna-Almaniya biznes forumunda çıxışında (virtual formatda) deyib.
"Hava hücumundan müdafiə. Biz dünyanın ən güclü ölkələri ilə xüsusi əlaqələr qururuq ki, şəhərlərimiz Rusiya terroruna qarşı etibarlı hava hücumundan müdafiə sistemi ilə təmin olunsun. Təbii ki, Almaniya da belə ölkələr sırasındadır. Biz tərəfdaşlarla hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı ilə bağlı müqavilələr üzərində işləyirik. Bu, strateji vəzifədir. Bunu həyata keçirməyə qadir olduğumuza şübhə etmirəm", - Ukrayna dövlət başçısı deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR