Ukrayna prezidenti Vladimir Zelenski İsveçrə hakimiyyətinə bu ölkədə Ukrayna münaqişəsinin “sülh formulu” ilə həllinə həsr olunmuş sammitin keçirilməsi təklifi ilə müraciət edib.
APA-nın məlumatına görə, bunu dövlət başçısı videobağlantı vasitəsilə İsveçrə parlamentinin iclasında çıxışı zamanı deyib.
“İndi mən hamımızı, cənablar, hamınızı, İsveçrəni qlobal sülh sammitinə hazırlığa qoşulmağa dəvət edirəm”, - Ukrayna lideri bildirib.