Bank Of Baku

Zelenski Makronla Ukraynaya xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə edib

Zelenski Makronla Ukraynaya xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə edib
# 19 dekabr 2024 04:41 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla Parisin Ukraynada xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib.

APA xəbər verir ki, bu haqda Zelenski görüşdən sonra öz “Telegram” kanalında yazıb.

Biz prezident Makronun Ukraynada sülh yolunda sabitliyə töhfə verə biləcək qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik”, - deyə o bildirib.

Zelenski təkbətək görüşü məhsuldar adlandırıb və Makrona bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək əsas vəzifə olaraq qalır.

O, həmçinin Fransada daha bir Ukrayna briqadasına təlim keçmək üçün Makronla razılaşdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR