Ukrayna Prezidenti Vladimir Zelenski ön xəttə gedib.
APA xəbər verir ki, bu barədə Prezident Zelenskinin "Facebook" hesabında məlumat verilib.
"Avdiivka. Ukrayna müdafiəçilərinin cəbhə mövqeləri. Bu gün burada olmaqdan qürur duyuram. Dəniz piyadalarının, hava-desant hücumunun əsgərləri, mexanikləşdirilmiş və artilleriya bölmələrimizin yanında. Qəhrəmanlarımızın yanında", - Zelenski paylaşımında qeyd edib.