Paşha Bank
Bank Of Baku

Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 10 oktyabr 2026 01:46 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünə tətbiq edilən sanksiyaları müvəqqəti dayandırmaq qərarını tənqid edib.

UNIAN-ın məlumatına görə, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

“Rusiya ilə gərginliyin azaldılmasına dair aydın və uzunmüddətli razılaşma olmadan sanksiyaların istənilən formada yumşaldılması açıq zəiflik əlamətidir. Bu, Rusiyanın xeyrinə işləyir, onun daha çox insan öldürməsinə, müharibəni uzatmasına, Amerikaya daha az hörmət etməsinə və dünyaya daha çox itki və zərər vurmasına şərait yaradır”, – Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyev gərginliyin azaldılması istiqamətində qarşılıqlı addımlar atmağa hazırdır və ABŞ tərəfi bu mövqedən xəbərdardır.

Onun sözlərinə görə, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və digər neft obyektlərinə endirdiyi zərbələr Moskvanın uzun illərdir Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi hücumlara cavabdır.

Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Kiyev də Rusiya neft emalı zavodlarını hədəfə almayacaq.

“Biz Amerikaya məhz belə bir razılaşma təklif edirik və hesab edirik ki, ABŞ-ın bu kompromisə nail olmaq üçün kifayət qədər imkanları var”, – Ukrayna Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR