Ukrayna Prezidenti Vladimir Zelenski Fransa və Rusiya prezidentlərinin mətbuat konfransını izləməyib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, digər işlərinə görə, dünən mətbuat konfransını izləməyib.
“Mən şəxsin sözünə inanmıram, əməllərinə, hərəkətlərinə inanıram. Dediyimiz sözləri hərəkətlərimizlə, addımlarımızla sübut etməliyik", - Zelenski jurnalistin Rusiya Prezidenti Vladimir Putinin de-eskalasiya vədi ilə bağlı sualına cavabında qeyd edib.