Bank Of Baku

Zelenski: Rəsmi Kiyev Krım körpüsündəki partlayışın sifarişçisi deyil

Zelenski: Rəsmi Kiyev Krım körpüsündəki partlayışın sifarişçisi deyil
# 20 oktyabr 2022 16:03 (UTC +04:00)

Krım körpüsündə baş vermiş partlayışı rəsmi Kiyev sifariş etməyib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsi zamanı deyib.

“Bildiyim qədəri ilə, biz dəqiq belə bir sifariş verməmişik”, - Ukrayna dövlət başçısı əlavə edib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yük avtomobilinin partlaması nəticəsində körpüdə hərəkət edən yük qatarının çənləri yanıb. Hadisə zamanı 4 nəfər həlak olub. Körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət hissəsinin 2 zolağı dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR