Bank Of Baku

Zelenski Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib

Zelenski Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib
# 23 iyul 2025 10:51 (UTC +04:00)

Ukrayna Prezidenti Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib.

APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün yaradılmış nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə çatdırıb.

Prezidentin rəsmi saytında yayımlanan sərəncama əsasən, heyətə Ukrayna İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) nümayəndəsi və Silahlı Qüvvələrin Baş Qərargahından daha bir nümayəndə əlavə edilib.

TASS-ın yaydığı məlumata görə, Rusiya tərəfinin İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibi dəyişməz qalıb. Heyət dörd əsas nümayəndə və dörd ekspertdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR