Zelenski Rusiyanı Kaxovka SES-i minalayaraq partlatmaqda ittiham edib

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 06 iyun 2023 16:28 (UTC +04:00)

Rusiya bir ildən çoxdur ki, bəndə və bütün Kaxovka SES-ə nəzarət edir. Onu kənardan atəşə tutmaqla partlatmaq fiziki cəhətdən mümkün deyil.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Buxarest doqquzluğu"nun iclasında onlayn formatda çıxışında deyib.

“Bənd rus işğalçıları tərəfindən minalanıb və partladılıb. Rusiya ətraf mühiti kütləvi şəkildə məhv edən bomba partladıb. Bu, son onilliklərdə Avropada baş verən ən böyük texnogen ekoloji fəlakətdir. Buna görə də Rusiyanın məğlubiyyəti - hər halda bizim təmin edəcəyimiz məğlubiyyət - regionumuzun, Avropamızın və bütün dünyanın təhlükəsizliyinə ən mühüm töhfə olacaq”, - Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR